Oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astana şəhərində Müstəqil Dövlətlər Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları iclasda iştirak edib. İclasda çıxış edən ölkə başçımız regionda yaranan vəziyyətlə bağlı məclis iştirakçılarına geniş məlumat verərək Ermənistan dövlətinin təcavüzkar siyasətindən əl çəkmədiyini hələdə ölkəmizə qarşı ərazi iddialarının davam etdiyini bildirmişdir. ATƏT-in Minsk qrupunun 28 il ərzində yarıtmaz fəaliyyətinə toxunan Cənab Prezident bu illər ərzində təşkilatın münaqişənin həll olunmasında heç bir əməli fəaliyyət göstərmədiyini iştirakçıların nəzərinə çatdırmışdır. Nəhayət münaqişə həll olundu. Azərbaycan Beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə o cümlədən hər bir ölkənin özünü müdafiə hüququna malik olmasını nəzərdə tutan 51-ci maddəyə uyğun olaraq münaqişəni özü həll edib. Müharibənin başa çatmasına baxmayaraq hələdə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq sərhəd boyu ərazilərdə Azərbaycanın yaşayış məntəqələrini intensiv olaraq atəşə tuturlar bunun əməli nəticəsi kimi sentyabrın 13, 14-də baş verən silahlı qarşı durmanın iclas iştirakçılarının nəzərinə çatdıran ölkə başçımız bir daha Ermənistan dövlətinin münaqişənin həll olunmasında maraqlı olmadığını nümayişkəranə şəkildə öz terrorçu əməlləri ilə sübut edirlər buna misal olaraq Ermənistan hərbçilərinin işğaldan azad olunmuş ərazilərdə 1400-dən çox mina basdıraraq terrorçu fəaliyyətlərindən əl çəkmədiklərini bir daha sübut etmişlər. Azərbaycanın hər zaman humanist sülhpərəst mövqedən çıxış etdiyini iştirakçıların nəzərinə çatdıran Cənab Prezident son günlərdə Fransa prezidenti Emanuel Makron qərəzli bəyanatını təəssüf hissi ilə məclis iştirakçılarının diqqətinə çatdırmışdır. Ermənipərəst mövqedən çıxış edən Fransa dövləti heç bir halda bizə dost ola bilməz. Bundan sonra biz öz dostlarımızla dost, bizə düşmən münasibət bəsləyən ölkələrlə heç bir halda qarşılıqlı hörmət və intizama əsaslanan münasibət qura bilmərik. Sonda Ali Baş Komandan İlham Əliyev Cənabları onu dinlədikləri üçün məclis iştirakçılarına dərin təşəkkürünü bildirmişdir.Xalqına və Müzəffər Ordumuza arxalanan Ali Baş Komandanımız düşmənlərə həm döyüş meydanında, həm də diplomatik müstəvidə layiqli cavab verir. Bizim gücümüz həm də haqlı mevqeyimizdədir. 44 günlük müharibə sübut etdi ki, ermənilər öz havadarlarına boşuna güvənir. Azərbaycan Ermənistanın növbəti təxribatına daha da ağır zərbə vuracaq və ermənilərin revanşist əməlləri onlar üçün baha başa gələcək. Anar Əbdülov,Xocalı rayon gənci